Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Hörmətli İlham Heydər oğlu. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə Sizə və Sizin şəxsinizdə bütün dost Azərbaycan xalqına Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi və ən xoş arzularımı yetirməyi özümə şərəf sayıram.
Müstəqillik illərində Sizin ölkənizin siyasi, iqtisadi və sosial sahələrdə qazandığı uğurları, habelə ölkələrimiz arasında yaranmış hərtərəfli münasibətlərin yüksək inkişaf səviyyəsini qeyd etməkdən fərəh duyuram. Əminəm ki, dövlətlərarası dialoqun daha da genişləndirilməsinə və dərinləşdirilməsinə Türkmənistanın və Azərbaycanın daim sadiq olması xalqlarımızın mənafelərinə uyğundur.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz həyat enerjisi və xoşbəxtlik arzu edirəm. Xahiş edirəm, dost Azərbaycan xalqına mənim ürəkdən gələn sülh, tərəqqi və firavanlıq arzularımı çatdırasınız".
X X X
İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səuddan:
"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökuməti və xalqına inkişaf və çiçəklənmə arzu edirik.
X X X
Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səuddan:
"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".
X X X
Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, Baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səuddan:
"Əs-səlami əleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına daha böyük inkişaf və çiçəklənmə arzu edirəm".
X X X
TÜRKSOY-un Baş katibi Düsen Kaseinovdan:
"Hörmətli cənab Prezident. Qardaş Azərbaycan xalqını və Zati-alinizi 18 oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Bu il dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd etdiyimiz Azərbaycan Respublikası Zati-alinizin uzaqgörən siyasəti və müdrik rəhbərliyi sayəsində inkişaf edərək dünyanın siyasi, iqtisadi və mədəni həyatında layiqli yerini tutub.
Əminəm ki, TÜRKSOY çərçivəsində həyata keçirilən beynəlxalq layihələrdə geniş təmsil olunan zəngin və rəngarəng Azərbaycan mədəniyyəti bundan sonra da ümumtürk mədəniyyətinin inkişafına öz töhfələrini verməkdə davam edəcək.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycan xalqına sülh, tərəqqi və əmin-amanlıq arzu edirəm".
X X X
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan:
"Möhtərəm cənab Prezident. 18 oktyabr – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.
Müstəqilliyimizin bərpasının 25-ci ildönümündə vətəndaşı olmaqdan hər zaman böyük qürur hissi keçirdiyim Azərbaycan Respublikasının müdrik liderliyiniz ilə beynəlxalq aləmdə tutduğu nüfuzlu mövqeni görməkdən şərəf duyuram.
Azərbaycan xalqının ona miras qalan bu böyük əmanətə bu günə qədər olduğu kimi, bundan sonra da ən yaxşı şəkildə sahib çıxacağından əmin olduğumu xüsusi ifadə etmək istəyirəm.
Cənab Prezident, bu əlamətdar gün münasibətilə Zati-alinizə ən gözəl arzularımı çatdırır, bütün Azərbaycan xalqına yüksək rifah, sağlamlıq və xoşbəxtlik arzu edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB