ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi Rusiyaya qarşı geniş masştablı kiberhücum hazırlayır. SİA-nın məlumatına görə, bu barədə Amerikanın NBC telekanalı kəşfiyyat orqanlarında fəaliyyət göstərən şəxsi mənbəsinə istinadən xəbər verir. Məlumata görə, bu barədə tapşırıq bilavasitə Ağ evdən daxil olub. "MKİ-də hazırkı məqamda əməliyyatın detalları işlənir"-deyə qeyd edilən informasiyada həmçinin bildirilir ki, detallar çərçivəsində hücumların hədəfləri və bu hücumların nəticələri ətrafında dəqiqləşdirmələr aparılır.
Qeyd olunur ki, kiberhücum qərarı bir müddət əvvəl rusiyalı hakerlərin ABŞ-ın Demokratlar partiyasının serverini sındırmasında sonra verilib.
Maraqlıdır ki, kibermüharibənin başlanması barədə planların işlənməsi informasiyasını ABŞ-ın vitse-prezidenti Co Bayden də istisna etməyib. "O, dəqiqləşdirmə apararaq deyib ki, Vaşinqtonun zərbəsi daha ağır olacaq"-deyə Amerika telekanalından bildirilir.
Lakin bu arada WikiLeaks portalı şəxsi Twitter hesabında yazır ki, amerikalı siyasətçinin MKİ-nin kibermüharibəyə başlaması barədə verdiyi bəyanatı tənqid olunur. Bu məlumatda bildirilir ki, əgər ABŞ həqiqətən də bu addıma getsəydi, Rusiyaya qarşı kiberhücumlar planlaşdırsaydı onu ciddi məxvilik əsasında saxlayardı. "Digər tərəfdən, kiberhücumların təşkili MKİ-nin vəzifəsi deyil, Milli Təhlükəsizlik Agentliyinin işidir"-deyə WikiLeaks portalı şəxsi Twitter hesabında xatırladır.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB