Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Kuba Respublikasının Azərbaycan Respublikasındakı səfiri Omar Senon Medina Kinteronu diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. SİA-nın məlumatına görə, səfir diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Görüşdə iki ölkə arasında olan münasibətlər, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın hal-hazırda QH-nin üçlüyünə daxil olduğunu, 2019-cu ildə XVIII zirvə toplantısının Azərbaycanda keçiriləcəyini və ölkəmizin 2019-2022-ci illərdə QH-yə sədrlik edəcəyini qeyd edib.
Nazir Elmar Məmmədyarov səfir Omar Senon Medina gələcək fəaliyyətində uğurlar arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB