Davud Çərmi: "Müsəlman ölkələrinin ərazilərinin işğal edilməsinə son qoyulmalıdır"

Davud Çərmi: "Müsəlman ölkələrinin ərazilərinin işğal edilməsinə son qoyulmalıdır"

"İran Assosiasiyanın yaradılmasını dəstəkləyir. İnanıram ki, bu Assosiasiya İslam aləmini dünyada düzgün təmsil edəcək, islamafobiyanın qarşısının alınmasına xidmət edəcək". SİA-nın xəbərinə görə, bunu İranın Azərbaycandakı səfirinin müavini Davud Çərmi Bakıda İslam Əməkdaşlıq Təşkilatına Üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının Konfransında çıxış edərkən deyib.

O bildirib ki, Yaxın Şərq dünyəvi dinlərin beşiyidir: "Hazırda burada dinlərarası ziddiyyət cücərərək inkişaf edir. KİV-lərə gəlincə, çox zaman görürük ki, sosial şəbəkələr KİV-lərin məlumat yayma sahəsində monopoliyasına son qoyub. Bu da müəyyən pozucu fəaliyyətlərə yol açır".

Onun sözlərinə görə, KİV-lər bu gün keçid dövrünü yaşayır: Ona görə də xoş məramın nümayiş etdirmək zamanı çatıb. KİV-lər bu sahədə mühüm rola malikdir. Müsəlman ölkələrinin bəzilərinin ərazilərinin işğal edilməsi, Suriyada, Yəməndə qətliamların həyata keçirilməsinə son qoyulmalıdır. Bu sahədə cəhdlərin qarşısı vaxtında alınmalıdır. İran zorakılıq və ekstremizmə qarşı birgə fəaliyyət təklif edir".

Bütün xəbərlər Facebook səhifəmizdə