Müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin siyasi iradəsinə müvafiq olaraq, 1998-ci ildən etibarən peşə bayramı gününü qeyd etmək imkanı əldə edən Azərbaycan prokurorluğunun kollektivi milli prokurorluq orqanlarının yaradılmasının 98-ci ildönümünü və peşə bayramını qeyd edir.
SİA-nın məlumatına görə, peşə bayramı münasibətlə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb. Sonra Şəhidlər xiyabanına gələn mərasim iştirakçıları Vətənimizin azadlığı uğrunda şəhid olmuş qəhrəman oğul və qızlarımızın xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
.jpg)

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB