Uorlik danışıqlara mənfi təsir edə biləcək hərəkətlərdən qaçmağa çağırıb

Uorlik danışıqlara mənfi təsir edə biləcək hərəkətlərdən qaçmağa çağırıb

ATƏT-in Minsk qrupunun həmsədrləri atəşkəs rejimini təşviq etməklə, Dağlıq Qarabağ münaqişəsi tərəfləri ilə fəal işi davam etdirir. SİA-nın məlumatına görə, bunu aysor.am saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

Onun sözlərinə görə, tərəflər Vyana və Soçi sammitlərində ATƏT-in missiyasının genişləndirilməsi daxil olmaqla əldə edilmiş razılaşmaların həyata keçirilməsi istiqamətində birgə işləməlidirlər: "Biz xarici işlər nazirləri Nalbandyan və Məmmədyarovla Nyu-Yorkda keçirilən görüşlərdə danışıqların irəliyə aparılması üçün atmosferin yaradılması və nizamlanmaya gətirə biləcək gələcək addımları müzakirə etdik".

Həmsədr yaxın gələcəkdə regiona növbəti səfər edəcəklərini deyib, amma dəqiq tarixin hələ müəyyən edilmədiyini vurğulayıb.

Uorlik Ermənistan və Azərbaycanı danışıqlar prosesinə mənfi təsir edə biləcək hərəkətlərdən qaçmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə