Azad, ədalətli və şəffaf "razborkalar"... RİŞXƏND

“Çorord İnknişhanutyun”: “Kim döyübsə, o da qalib gəlib”
Azad, ədalətli və şəffaf "razborkalar"... RİŞXƏND

Ermənistanın "Çorord İnknişhanutyun" qəzetinin yazdığına görə, mərkəzi seçki komissiyasının sədri Tiqran Mukuçyan mətbuat konfransında Eçmiədzində və s. şəhərlərdə yerli idarəetmə orqanlarına, eləcə də meriyalara keçirilmiş seçkilərin azad, ədalərli və şəffaf şəkildə baş tutduğunu bildirib. SİA xəbər verir ki, Mukuçyanın açıqlamasını rişxəndlə qarşılayan erməni nəşri yazır ki, həqiqətən də hər şeçki mühiti "azad", "ədalətli" və "şəffaf" olub, ancaq razborkalar vasitəsilə.

"Tiqran Mukuçyan tamamilə haqlıdır. Eçmiədzindəki namizədlər həqiqətən də bir-birlərini döyməkdə, silahlar vasitəsilə atəş açmaqda azad idilər. Bundan əlavə, hər şey ədalətli şəkildə başa çatıb – kim güclü idisə o da döyüb və qalib gəlib. Yəni döyən tərəfin yerinə döyülən tərəf seçilməyib. O cümlədən, hər şey kifayət şəffaf idi. Çünki baş verənlər günün-günorta çağı vətəndaşların gözləri önündəydi. Sual yaranır: həqiqətənmi seçkilər demokratik keçirildi? Əlbəttə! Namizədlərin Eçmiədzindəki debatları nəhəng populyarlıq qazanmışdı. Xüsusilə, dava-dalaş və atışmalarla başa çatan final xalqda seçkilərə böyük maraq oyatdı".

"Beləliklə, sivil dünyanın bizdən öyrənməli hələ çox şeyləri var"-deyə "Çorord İnknişhanutyun" iztehzalı xarakterdə yerli idarəetmə orqanlarına və meriyalara keçirilən seçkilər haqqında yazısını yekunlaşdırıb.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə