Zakir Həsənov Birləşmiş Krallığın müdafiə naziri ilə görüşüb

Zakir Həsənov Birləşmiş Krallığın müdafiə naziri ilə görüşüb

Böyük Britaniyada səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Birləşmiş Krallığın müdafiə naziri Maykl Fallon ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə, xüsusilə hərbi sahədə münasibətlərin inkişaf etdirilməsi məsələləri müzakirə olunub. Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı da fikir mübadiləsi aparılıb.

Eyni zamanda, ikitərəfli əsasda və NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində keçirilən tədbirlərdə, o cümlədən sülhməramlı əməliyyatlarda Azərbaycanın fəal iştirakı xüsusi qeyd olunub. Görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki sahədə əməkdaşlığa dair geniş fikir mübadiləsi aparılıb və əməkdaşlığın perspektivləri müzakirə olunub. Qeyd edək ki, bu, hər iki ölkənin müdafiə nazirləri səviyyəsində ilk rəsmi görüşdür.

Bütün xəbərlər Facebook səhifəmizdə