ATƏT xarici işlər nazirlərinin Potsdamda keçiriləcək görüşündə gündəlikdə duran bütün əsas məsələlər müzakirə olunacaq. SİA RİA-Novosti agentliyinə istinadən xəbər verir ki, bunu ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayer deyib.
Onun sözlərinə görə, hazırda böhran yaşayan dünyada, o cümlədən Ukrayna, Dnestryanı, Dağlıq Qarabağ və Avropadakı digər münaqişələrin həll olunmasında ATƏT-in rolu həmişəkindən daha vacibdir.
Ştaynmayer əlavə edib ki, Potsdam görüşündə bütün bu vacib məsələlər, həmçinin beynəlxalq terror və qaçqınlar problemi müzakirə olunacaq.
Qeyd edək ki, XİN rəhbərləri sentyabrın 1-də görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB