İrəvan hadisələrində polis narkotik təsir altında olub FOTOFAKT

İrəvan hadisələrində polis narkotik təsir altında olub FOTOFAKT

İrəvan hadisələri zamanı şəhərin Sari Taxe ərazisində yaşanan qarşıdurmalarda polis psixotrop maddənin təsir altında olub. SİA-nın məlumatına görə, Ermənistanın "Armtimes.com" saytına bununla bağlı təkzibolunmaz faktlar üzə çıxarıb. Bəlli olub ki, hadisələr zamanı videoçəkiliş kadrlarında görünən mülki geyimli polislər psixotrop və narkotik təsiri olan həblər qəbul edirlər. Saytın apardığı araşdırmalardan sonra bəlli olub ki, bu həblər Ermənistan polisinin gizli laboratoriyasında tam məxfi şəklində hazırlanıb. Onlar amfetamin kaptaqon tərkiblidirlər və bədənin tələbatı zamanı atılırlar.

Amfetamin nədir?

Amfetamin - mərkəzi sinir sistemini stimulizə edir, feniletilaminin təminatçısı rolunu oynayır. Təsir mexanizmi neyromediatorun tullantısına hesablanıb.

Amfetamin bilavasitə rekreasion psixoaktiv dərmandır və psixiki asılılıq yaradır. Kimyəəvi tərkibi müəyyən olunub. Hələ 2010-cu ilsə İrəvanda bir neçə şəxs qanunsuz yollarla kaptaqon əldə etməyə çalışsalar da, onlar polis tərəfindən həbs olunublar.

Qeyd edək ki, amfetamin və metamfetamin ikinci dünya müharibəsi zamanı ABŞ, Böyük Brtitaniya, Almaniya, Yaponiya silahlı qüvvələrində istifadə olunub və fəallığı artıran stimulyator kimi əsgərlər tərəfindən qəbul edilib. Bu həblərin asılılıq yaratması barədə məlumatlar üzə çıxdıqdan sonra, bu hökumətlər onların satışını ciddi nəzarətə götürməyə başlayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə