MSK referendum hazırlıqlarına başladı

MSK referendum hazırlıqlarına başladı

Bu gün Mərkəzi Seçki Komissiyasının iclası keçirilib. SİA-nın məlumatına görə, iclasda 3 və 29 iyun 2016-cı il tarixli iclasların protokolları təsdiq edilib.

Daha sonra Mərkəzi Seçki Komissiyası bəzi normativ xarakterli aktlara dəyişiklikləri müzakirəyə çıxarıb.

MSK katibi Arifə Muxtarova bildirib ki, nəzərdə tutulan referendumun hazırlanıb keçirilməsi üçün müvafiq normativ aktlara dəyişiklik edilməsi zərurəti yaranıb.

MSK 6 normativ xarakterli akta dəyişikliyi müzakirəyə çıxararaq, qəbul edib.

Bütün xəbərlər Facebook səhifəmizdə