Elmar Məmmədyarov: “Status-kvonun saxlanılması yolverilməzdir" SƏS TV
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ciddi iş aparmağın vaxtı çatıb. Biz Dağlıq Qarabağ münaqişəsini müzakirə etmişik. Ştaynmayer Dağlıq Qarabağla bağlı Ermənistanın mövqeyi barədə mənə məlumat verib". SİA-nın məlumatına görə, bunu Almaniyanın xarici işlər üzrə federal naziri, ATƏT-in fəaliyyətdə olan sədri Frank-Valter Ştaynmayerlə görüşün nəticələrinə həsr olunmuş mətbuat konfransında Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov deyib.
Nazirin sözlərinə görə, Azərbaycan Ermənistan silahlı qüvvələrinin birmənalı şəkildə işğal edilmiş ərazilərdən çıxarılmasını tələb edir: "Status-kvonun saxlanılması yolverilməzdir, dəyişdirilməlidir".
E.Məmmədyarov həmçinin əlavə edib ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır: "Azərbaycan və Almaniya arasında münasibətlər sürətlə inkişaf edir. Azərbaycanda Almaniyanın çox sayda şirkəti fəaliyyət göstərir. Əminik ki, Azərbaycanın təklif etdiyi enerji və iqtisadi layihələr Almaniyaya maraqlı olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB