Aydın Əliyev vətəndaşları qəbul edəcək

Aydın Əliyev vətəndaşları qəbul edəcək

Mərkəzi icrahakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iyunun 23-də saat 10:30-da Gədəbəy şəhərində rayon mədəniyyət və turizm şöbəsinin inzibati binasında (Heydər Əliyev prospekti 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək. SİA-nın məlumatına görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar iyunun 22-si saat 10:30-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs - Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: ((022) 315-01-54) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə