Cahangir Novruzov: “Ermənistan diasporu terrorizmin ana yuvasıdır” AÇIQLAMA

Cahangir Novruzov: “Ermənistan diasporu terrorizmin ana yuvasıdır” AÇIQLAMA

"Ümumiyyətlə Azərbaycanın özünün və xaricdə yaşayan vətəndaşlarının bir araya gəlib söhbət aparması, yollarını təyin etməsi, Azərbaycan dövlətinin maraqlarının dövlət strukturları ilə sivil diplomatiya arasında körpü qurulmasında Dünya Azərbaycanlılarının Qurultayının misilsiz xeyri var". Bunu SİA-ya Türkiyədə yaşayan həmyerlimiz, Əməkdar İncəsənət xadimi, rejissor Cahangir Novruzov deyib.

Onun sözlərinə görə, Bakıya gələn qurultay nümayəndələrinin dövlət başçısı İlham Əliyevlə, eləcə də bizim nazirlərlə, dövlət strutkurlarının rəsmiləri ilə görüşüb söhbət aparmaları onların xaricdə olan diaspor işlərinə əlavə güc verir və inam yaradır: "Mən bir sıra qurultayların nümayəndəsi olmuşam. Azərbaycan diasporunun həm Türkiyədəki, həm də Almaniya, Amerikada və sair nümayəndələri ilə bilavasitə ünsiyyətdə olmuşuq. Bu ünsiyyət real həyat, sosial şəbəkələr, əlaqə telefonları vasitəsilə olub. Biz hətta gecələr yatmayıb söhbətlər etmişik. Məhz bunun nəticəsində Azərbaycan diasporası sadəcə bölgələr içərisində fəaliyyət göstərməyib. Ermənilər sadəcə bir virusdur. Ermənistan diasporası terrorizmin ana yuvalarındandır. Onlarda sadəcə milliyətçilik və teror mövcuddur. Azərbaycan diasporası yavaş-yavaş və qəti addımlarla öz işini görür".

Bütün xəbərlər Facebook səhifəmizdə