Musa Qasımlı: “Qurultayda keçirilən müzakirələr əhəmiyyətlidir” AÇIQLAMA
"Dünya Azərbaycanlılarının IV Qurultayının dövlət müstəqilliyimizin bərpa edilməsinin 25-ci ildönümündə keçirilməsi müstəsna əhəmiyyətə malikdir. Hər şeydən əvvəl bu il dünya diaspor təşkilatları bir araya gəldilər. Cənab Prezident İlham Əliyev onların qarşısında çox möhtəşəm nitq söylədi. Ölkə başçısı diaspora quruculuğu, cəmiyyətə inteqrasiya, Azərbaycanın maraqlarının qorunması, Azərbaycanla əlaqələrin sıxlaşdırılması sahəsində özünün təməl prinsiplərə dayanan tövsiyyələrini verdi". Bunu SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib.
O hesab edir ki, Prezidentin nitqi diaspor təşkilatlarının gələcək fəaliyyəti üçün bir istiqamətdir: "Fikrimcə, bizim indiki diaspor işimiz 5-10-15 il qabaqkı işlə heç cür müqayisə oluna bilməz. Bu eyni zamanda dövlətimizin qayğısının nəticəsidir. Qurultayda keçirilən müzakirələr çox əhəmiyyətlidir. Bu diaspor təşkilatları arasında həm əlaqələrin güclənməsinə kömək edəcək, həm də diaspor təşkilatlarının olduqları ölkələrdə ictimai-siyasi həyatda fəal iştiraka gətirib çıxaracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB