Millət vəkili AŞPA-nın komitə iclasına qatılacaq

Millət vəkili AŞPA-nın komitə iclasına qatılacaq

Milli Məclisin AŞPA-dakı daimi nümayəndə heyətinin üzvü deputat Elxan Süleymanov qurumun Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün mayın 22-də Fransanın paytaxtı Parisə səfərə yola düşəcək. Milli Məclisdən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan üzrə həmməruzəçi Stefan Şennakın cari ilin aprel ayının 5-dən 9-dək ölkəmizə səfərinin yekunları barədə məlumatı dinləniləcək. Demokratik institutların fəaliyyəti ilə bağlı Türkiyə və Makedoniya ilə danışıqlar davam etdiriləcək.

Deputatımız müzakirəyə çıxarılan məsələlərə ölkəmizin maraqları mövqeyindən münasibət bildirəcək.

Səfər mayın 24-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə