Flroida ştatından olan iş adamı və senatorluğa namizəd Karlos Beruff ABŞ prezidenti Barak Obamanı Amerikada sistematik zərər vurduğunu iddia edərək, onu "heyvan" adlandırıb. Bundan əlavə, Kuba mənşəli iş adamı işlətdiyi ifadələrini geri götürməyəcəyini də bəyan edib. SİA xəbər verir ki, bu barədə Amerikanın "Fox News" telekanalı məlumat yayıb.
"Təəssüf ki, yeddi il yarımdır ki, prezident adlandırdığımız bu heyvan cərrah həssaslığı, eləcə də çox intelligent davranışları ilə metodik şəkildə ölkəni və onun silahlı qüvvələrini məhv edir" -deyə adıçəkilən telekanal Bruffun öz tərəfdarları qarşısındakı çıxışını yayımlayıb. Belə ki, Bruff 9 ay sonra senatorluq müddəti başa çatacaq Marko Rubionun yerinə namizədliyini irəli sürüb.
Senatda kürsü əldə etmək üçün iş adamına rəqib olan digər namizəd Patrik Mörfi (nümayəndlər palatasından olan demokrat konqresmen-red.) isə Berrufu iqrçilikdə ittiham edərək bu sözlərinə görə ittiham edib və deyib ki, qarşı tərəf Obamadan dərhal üzr istəməlidir. "Senatda bizim ştatı Berrufun baxışlarından daha üstün nəzərə malik olan şəxs təmsil etməlidir"-deyə, Mörfi bildirib.
Lakin buna baxmayaraq, konqresmen prezident administrasiyasına qarşı təhriqli deyil, tənqidi fikirlərlə razı olduğunu da istisna etməyib. Onun sözlərinə görə, ABŞ-ın dünya arenasındakı iqtisadi mövqeləri zəifləyib. Ancaq Mörfinin cavabı da gecikməyib. "Uşaq-konqresmen Mörfi mənə notasiyalar oxumasın. O, ömründə hazırkı səlahiyyətlərini icra etməkdən başqa heç bir iş görməyib. Bu yeri ona atacığı alıb. Buna baxmayaraq, Mörfinin mənim prezident Obamaya qarşı mövqeyimə münasibət bildirməsini qiymətləndirirəm"-deyə, Berruf bildirib.
Qeyd edilir ki, prezident Obama öz işi haqqında yüksək fikirdədir. Məsələn, ötən ayın sonlarında "New York Times" qəzetinə müsahibə verən Obama bəyan etmişdi ki, 2008-2009-cu ildə baş verən qlobal böhranla mübarizədə uğur əldə edib. "Əslində, mən bizim iqtisadi fəaliyyətimizi böhrana və maliyyə problemlərinə qalib gələn digər ölkələrin fəaliyyəti ilə eyni hesab edirəm. Biz bu planda qarşıya qoyulan vəzifədən daha artığını çox çətin ki, əldə edə bilərdik"- deyə, Barak Obama həmin müsahibəsində vurğulamışdı.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB