Akkan Suver: "Bütün enerji layihələrinin əsasında Heydər Əliyevin ideaları dayanır"
"Heydər Əliyev yaşasaydı 93 yaşı olacaqdı. O, artıq 13 ildir ki, əbədiyyətə qovuşub. Bu gün Azərbaycanla Türkiyə arasında həyata keçirilən siyasətin əsasında Onun hakimiyyəti dövründə ortaya qoyduğu strateji əməkdaşlıq layihəsinin yol xəritəsini meydana gətirən əsərlər dayanır, desək səhv etmərik". SİA-nın xəbərinə görə, bu fikirləri Türkiyənin Mərmərə Qrupu Fondunun (Marmara Grubu Vakfı) baş direktoru Dr. Akkan Suver deyib.
"Anadan olmasının 93-cü ildönümündə Heydər Əliyevi neft strategiyaları ilə anmaq istərdim. Onun təməlini qoyduğu neft strategiyaları bugünkü Cənub qaz dəhlizinin əsasını formalaşdırdı. Bu gün Türkiyənin Avrasiyanın əsas tranzit ölkəsinə çevrilməsi də məhz Heydər Əliyevin əsəridir. Bakı ilə Ankara arasında reallaşan enerji layihələri Heydər Əliyevin enerji strategiyasının əsəridir. Bu layihələrin təməli Bakı-Tbilisi-Ceyhan Boru kəməri ilə atılmışdı. Heydər Əliyevin əsas hədəfi bütün enerji layihələrini Türkiyə ilə birlikdə reallaşdırmaq idi. Bu hədəf, hazırda Türkiyənin enerji mənbəyinə çevrilməsinə üfüqlərini açmış oldu. SOCAR bunun canlı nümunəsi, TANAP müasir dövrün investisiyasıdır. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Avrasiyanın simasıdır. Bütün bu investisiyalar və layihələr gələcəyin qarantıdır"- deyə, fond direktoru qeyd edib.
O, bir daha bildirib ki, Azərbaycan-Türkiyə arasında əməkdaşlıq Ulu Öndər Heydər Əliyevin əsəridir: "Bu gün Türkiyənin ən böyük xarici investoru Azərbaycandır. SOCAR Azərbaycan-Türkiyə arasında 2018-ci ilə qədər reallaşacaq 20 milyardlıq investisiyaya sahibdir. İki ölkə arasında iqtisadi əməkdaşlıq nəticəsində meydana gələcək Star Rafinerisi ölkəmizi milyardlarla dollar valyutaya qənaət etdirəcək. Sözügedən layihə ilə Türkiyə neft-kimya, enerji, logistika və paylama inteqrasiyasını reallaşdırmaqla Cümhuriyyət tarixində ən böyük miqyaslı investisiyalarını əldə etmək imkanı qazanacaq. Petkim də daxil olmaqla Türkiyə Cümhuriyyətinin 100-cü ilində ilk kimya sənaye parkı mövqeyinə yüksələcək".
Dr. Akkan Suverin sözlərinə görə, TANAP cənub qaz dəhlizinin ən əhəmiyyətli parçası olaraq və təxminən 10 milyard dollar bir layihə xərci ilə Türkiyə-Azərbaycan arasında nəhəng tərəfdaşlığın parlayan ulduzlarından biridir: "TANAP layihəsi ilə Azərbaycandan ixrac ediləcək təbii qaz Gürcüstandan Anadoluya, Türkiyənin şərqindən qərbinə keçərək 1850 kilometr yol qət edəcək və 2018-ci ildə Avropaya çatacaq, TAP layihəsinə daxil olaraq Avropanı təbii qazla təmin edəcək. Türkiyə TANAP layihəsində 12, TAP-da 20 faizlik paya sahibdir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə digər əməkdaşlığın əsas nümnunəsidir. Bu layihə ilə yalnız Qafqaz bölgəsi deyil, Orta Asiya Avropaya inteqrasiya olunacaq. Bu inteqrasiya dəmirdən ipək yoludur, Pekinin Londona bağlanmasıdır. Bütün bu layihələr qısa zamanı ərzində həyata keçirilən, lakin məhsuldar bir gələcəyin xəbərçisidir. Xülasə, bir dünya əsəri olaraq reallaşan layihələr, təməli Heydər Əliyev tərəfindən qoyulan enerji layihələrinin həyata keçirilməsidir".
Qeyd edək ki, yazı Türkiyənin "Hürriyet Daily News" və "Milliyyet" qəzetlərində çap olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB