Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) Hüquq İşçi Qrupu tərəfindən görkəmli hüquqşünas, dövlət qulluğunun baş müşaviri, Azərbaycan Respublikasının təhsil əlaçısı, əməkdar müəllim, hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent, Fəxrəddin Nağıyev ilə tələbələrin görüşü keçirilib. SİA-nın məlumatına görə, ATGTİ-nin Hüquq İşçi Qrupunun rəhbəri Nigar Hüseynlinin sözlərinə görə görüşdə Fəxrəddin Nağıyev tələbələrlə öz həyat və iş təcrübəsini bölüşüb. O, hüquq sahəsinin prioritetliyi, hüquqşünas tələbələrin müasir cəmiyyətdə yeri və rolu, onların problemləri və qayğıları haqqında öz fikirlərini bildirib.
Keçirilmiş görüşdə gənclər hüquq sahəsinə dair maraqlı suallarla müraciət etmiş və onlar üçün qaranlıq qalan məqamlara peşəkar hüquqşünas tərəfindən aydınlıq gətirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB