Aydın Mirzəzadə: “Torpaqlarımızın işğaldan azad olunduğu gün uzaqda deyil” AÇIQLAMA

"Ermənistan Azərbaycana qarşı müharibəsində bütün çirkin metodlardan istifadə edir. Bunların içərisində mülki obyektlərin atəşə alınması, yaşayış məntəqlərinin topa tutulması artıq son həddir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, Azərbaycan heç vaxt ermənilərin istifadə etdiyi metodlardan istifadə etməyəcək: "Azərbaycan xalqı bütün insani keyfiyyətlərə malik olan bir cəmiyyətdir. Onun ordusu ancaq düşmən ordusuna qarşı mübarizə aparır. Düşmənin alçaqlığına, rəzalətinə baxmayaraq zərbəmiz ancaq və ancaq Ermənistan ordusunun işğal etdiyi torpaqlarımızda olan hərbi obyektlərinə qarşı olacaq. Son hadisələr göstərir ki, bu taktika özünü kifayət qədər doğruldur. Ermənistan adekvat cavabını alacaq və daima öz üzərində Azərbaycanın gücünü, o cümlədən hərbi gücünü istifadə edəcək. Torpaqlarımızın işğaldan azad olunduğu gün heç də uzaqda deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...