ABŞ Dövlət Departamenti: “Münaqişənin hərbi yolla həlli yoxdur”

ABŞ Dövlət Departamenti: “Münaqişənin hərbi yolla həlli yoxdur”

"Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz münaqişə zonasındakı zorakılığı pisləyirik". SİA-nın xəbərinə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner keçirdiyi birfinqdə mətbuata açıqlayıb.

"Biz əvvəldə atəşkəs rejiminə əməl edilməsinin şahidi olduq və düşündük ki, bu vəziyyət uzunmüddətli olacaq. Lakin hazırda vəziyyət gərgin olaraq qalır. Bizim münaqişə tərəfləri ilə əlaqələrimiz var və bunlar olduğu kimi də qalır. Biz Dağlıq Qarabağın təmas xəttində atəşkəs rejiminə əməl edilməsinin tərəfdarıyıq və istəyirik ki, danışıqlar prosesi yenidən bərpa edilsin. Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur "- deyə, o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə