Prezident İlham Əliyev həmkarına başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev ekvadorlu həmkarı Rafael Korrea Delqadoya başsağlığı verib. SİA xəbər verir ki, başsağlığı mətnində deyilir:

"Hörmətli cənab Prezident,

Ölkənizdə baş vermiş şiddətli zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Ekvador xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram."

Bütün xəbərlər Facebook səhifəmizdə