Con Kerri Lavrovla Dağlıq Qarabağ münaqişəsindən danışıb

Con Kerri Lavrovla Dağlıq Qarabağ münaqişəsindən danışıb

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla ABŞ-nın Baş katibi Con Kerri arasında telefon danışıq olub. SİA Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, tərəflər telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsini də müzakirə ediblər. Belə ki hər iki tərəf münaqişə ilə bağlı atəşkəsin elan olunmasını müsbət qarşılayaraq regionda vəziyyətin normallaşmasının təmin edilməsi ilə bağlı razılığa gəliblər.

Bundan başqa tərəflər Suriya məsələsini müzakirə edərək problemin həllində Rusiya-Amerika əməkdaşlığının daha da genişləndirilməsinin lazım olduğunu vurğulayıblar. Onlar terror təşkilatları ilə mübarizə aparmaq üçün səylərin artırmağının vacibliyini vurğulayaraq əlavə tədbirlər barədə razılığa gəliblər.

Tərəflər telefon danışığı zamanı iki ölkə arasında olan digər məsələlər haqqında da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, telefon danışığı ABŞ-ın təşəbbüsü ilə baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə