Əli Kərimlinin evinin qarşısında daha bir aksiya keçirilib

Əli Kərimlinin evinin qarşısında daha bir aksiya keçirilib

Bu gün gündüz saatlarında daha bir qrup gənc tərəfindən Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin evi qarşısında növbəti etiraz aksiyası keçirilib. SİA-nın məlumatına görə, aksiyada iştirak edənlər Əli Kərimlinin Azərbaycanı tərk etməsini tələb edən şüarlar səsləndiriblər.

AXCP sədrinin yaşadığı binanın qarşısında toplanan gənclər cəbhədəki son hadisələrlə bağlı verdiyi bəyanatlara etiraz edərək Əli Kərimlini düşmənə işləməkdə ittiham ediblər.

Aksiyada iştirak edənlər bildiriblər ki, AXCP sədri ordumuzu gözdən salır, milli maraqlarımıza xəyanət edərək, onu zərbə altına qoyur.

Aksiyada gənclər "Rədd ol Azərbaycandan, Əli Kərimli", "Fərari, rədd ol", "Əli Kərimli şərəfsizlik simvoludur", "Milli satqın", "Səndən soruşuruq: oğlun hardadır?" kimi şüarlar səsləndiriblər.

Aksiya insidentsiz başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə