"Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) illik hesabatı çox geniş şəkildə hazırlanıb. Bu, təqdirəlayiq haldır". SİA-nın xəbərinə görə, bunu YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov parlamentdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) illik hesabatının müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, Ombudsman Aparatının fəaliyyəti hər zaman diqqət mərkəzindədir və insan hüquqları ilə bağlı məsələlərdə bu qurum hər zaman öndə gedib: "Dünya ombudsmanları içərisində onun xüsusi yeri var. Ombudsman Aparatı bütün beynəlxalq tədbirlərdə Azərbaycanın haqq işinin çatdırılması, ölkəmizin ərazi bütövlüyünün pozulması, qaçqın və məcburi köçkünlərin hüquqlarının qorunması ilə məşğul olub, çoxsaylı işlər görülüb. Bu baxımdan illik hesabatı yüksək qiymətləndiririk".
S.Novruzov çıxışı zamanı söyləyib ki, Azəraycanda insan hüquqlarının qorunması, dövlətin qarşıya qoyduğu əsas vəzifələrdən biridir və bu vəzifə layiqincə yerinə yetirilir: "Bu yaxınlarda Azərbaycan Prezidentinin əfv fərmanı ilə bir çox insan azadlığa buraxılıb. Bu, bir daha Azərbaycan hökumətinin, ölkə prezidentinin humanistliyindən xəbər verir. Ümumilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda 20-dən artıq əfv sərəncamı imzalanıb. Bundan başqa bir neçə amnistiya aktları olub ki, onlardan da biri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən təqdim olunub. Bu, amnistiya aktı 17 mindən çox insana şamil olunub. Əgər hər hansı bir problem varsa, onlar da toplanıb müvafiq addımlar atılacaq. Hər kəsi hesabata səs verməyə dəvət edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB