Ziyafət Əsgərov: “Silahlarımızı parad üçün deyil, bu gün üçün almışdıq"
"1994-cü ildən bu yana bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib". SİA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.
O bildirib ki, bu müddət ərzində hər gün cəhbədə, təmas xəttində təhdidlər, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi halları olub: "Neçə illərdir ki, Azərbaycan tərəfi hər zaman özünün sülhə, danışıqlar prosesinə sadiq olduğunu göstərib. Səbr etdik, dözdük. Nə qədər ki, atəşkəs rejimi pozulurdu biz danışıqlara gedirdik. Son illər dəfərlərlə bəyan edirdik ki, imitasiya xatirinə danışıqlara getməyəcəyik. Buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışıqlar edirdilər. Bununla da mövcud vəziyyəti uzatmağa cəhd edirdilər. Amma son hadisələr bir daha göstərdi ki, ermənilər həddlərini aşırdılar. Çünki beynəlxalq təşkilatlar onlara heç bir təzyiq göstərmirdirlər. ATƏT-in Minsk qrupu nə qədər bəyanat versə də, əməldə heç bir iş yox idi. Məlum olan o idi ki, həmsədrlər əslində ermənilərə dayaqdır. Təəssüf ki, bu belədir. Halbuki, onların missiyası sülh yaratmaq olsa da, biz bunu görmədik. Belə nəticəyə gəlib çıxdıq ki, artıq beynəlxalq hüququn gücü işləmir. Belə olan halda da Azərbaycan öz gücünü göstərdi. Bu günə qədər beynəlxalq hüquqa sadiqliyimizi göstərmişik, bundan sonra da belə olacaq. Lakin hərdən gücün də hüququnu göstərmək lazımdır ki, qarşı tərəf öz yerini bilsin. Yəni "donuzu darıdan çıxarmaq" üçün güc tətbiq də etmək lazımdır".
Z. Əsgərov söyləyib ki, düşmən tərəfi Azərbaycan ordusunun praktik gücünü gördü: "Biz silahlarımızı paradda sərgiləmək üçün yox, məhz bu gün üçün almışdıq. Düşmən də bunun şahidi oldu. 1994-cü ildən bu günə qədər olan dövrdə psixoloji dönüş yaranıb və xalqımız ordumuzun gücünü gördü. Ermənistan ordusu haqqında yaranan mif sabun köpüyü kimi əridi getdi. Bir daha sübut etdi ki, Ermənistan müstəqil dövlət deyil və onların heç müstəqil orudusu və silahı yoxdur. Onlar sadəcə kimlərinsə qapazaltısı olaraq qalır. Son vəziyyətlə bağlı deyə bilərəm ki, başqa çıxış yolumuz da yox idi. Çünki onlar hər zaman bizi təhdid edirdilər. Gücümüzü göstərdikdən sonra beynəlxalq təşkilatlar artıq hərəkətə keçməyə başlayıb. Tam əksəriyyət Azərbaycanı dəstəkləyir. Çünki bu, bizim haqq işimizdir. Beynəlxalq təşkilatlar da bir daha başa düşdü ki, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş yox, hər zaman alovlanan məsələdir. Ona görə də bu, həll olunmalıdır. Beynəlxalq təşkilatların bundan sonrakı fəaliyyətinə baxacağıq və bunun üçün də ayrıca qiymətimiz olacaq".
Vitse-spiker söyləyib ki, 10 milyona yaxın Azərbaycan əhalisi dövlətin və Prezidentin ətrafında sıx birləşib: "Hər bir kəs bilir ki, güclü ordumuz, dövləti xalqın keşiyindədir. Digər məsələ isə odur ki, güc strukturları arasında əla koordinasiya qurulub. Hərbi əməliyyatlar savadlı, yüksək səviyyədə özünü göstərdi. Bundan sonra beynəlxalq təşkilatlara müraciət edirəm ki, Minsk qrupunun həmsədrləri məsələyə düzgün yanaşıb qiymət versinlər. Onlar kimin günahkar olduğunu çox yaxşı bilirlər. Təəssüf ki, bu günə qədər cinayətkarların başını sığallayıblar. Lakin bundan sonra belə olmayacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB