"Azərbaycanda "Çoxqütblü dünyaya doğru" mövzusunda IV Qlobal Bakı Forumunun keçirilməsi həm miqyası, həm də forumda qaldırılan problemlər baxımından son dərəcə əhəmiyyətli oldu". Bunu SİA-ya "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupunun rəhbəri, fəlsəfə doktoru Vüqar Zifəroğlu IV Qlobal Bakı Forumunun keçirilməsinə münasibət bildirərkən deyib.
Vüqar Zifəroğlu bildirib ki, dünyada baş verən istər qlobal, istərsə də lokal xarakterli münaqişə və problemləri müzakirə masasına yatıran bir forumun paytaxtımızda keçirilməsi müsbət qiymətləndirilməlidir: "Bu kimi forumlarda adətən qlobal və regional problemlər nəinki müzakirə edilir, həmçinin problemlərin həlli yolları ilə bağlı da tövsiyyələr hazırlanır. Belə forumların ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin, torpaqlarımızın işğal faktının bir daha dünya ictimaiyyətinin diqqətinə çatdirilması və ədalətli həlini tələb etməyimiz baxımından olduqca vacibdir. IV Qlobal Bakı Forumu Azərbaycan həqiqətlərini öyrənmək üçün gözəl fürsət oldu. Vurğulamaq lazımdır ki, IV Qlobal Bakı Forumu istər əhatə dairəsinə, istərsə də nüfuzlu siyasətçi və dövlət xadimlərinin iştirakı və eləcə də müzakirə edilən mövzular baxımından müsbət mənada xeyli fərqləndi".
Onun sözlərinə görə, hazırda Rusiya və Qərb arasında münasibətər bir o qədər ürəkaçan vəziyyətdə deyil: "Cənubi Qafqaz birmənalı şəkildə istər Qərbin, istərsə də Rusiyanın maraq dairəsində olan və strateji əhəmiyyətə malik bölgədir. Təbii ki, regionda - istər Yaxın Şərq, istərsə də post-Sovet məkanında baş verən proseslərə və münaqişələrə, o cümlədən də bu proseslərdə Ermənistanı öz for-postu halına gətirən Rusiyanın mövqeyinə nəzərə alsaq, Forumda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ayrıca panelin təşkili əhəmiyyəti ola bilərdi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB