Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempeli diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib. XİN-dən SİA-ya verilən məlumata görə, görüşdə Azərbaycan və Almaniya arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.
Səfir Haydrun Tempel diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Nazir Elmar Məmmədyarov Azərbaycan və Almaniya arasında münasibətlərin inkişafına verdiyi töhfəsinə görə səfirə təşəkkürünü ifadə etdi və ona gələcək fəaliyyətində uğurlar arzu edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB