Qanunsuz dini təriqət yayan şəxslər haqqında protokol tərtib edilib
Zaqatala polisi qadağan olunmuş dini təriqət yayan şəxslər haqqında protokol tərtib edib. Daxili İşlər Nazirliyindən (DİN) SİA-ya verilən məlumata görə, daxil olmuş xəbər əsasında Zaqatala RPŞ əməkdaşları tərəfindən martın 3-də saat 22 radələrində şəhər sakini İsrafil İsayevin evində qadağan olunmuş dini təriqətlərdən birini təbliğ etməsi, habelə rayon sakinləri İsrafil Şamxalovun, Etibar Babayevin, İlham Hüseynovun, Əfqan Hüseynovun, qardaşı Sahibin, Abubakar Ömərlinin, Məhəmməd Buğluyevin və Vüsal Atayevin dini toplantı təşkil etməsi müəyyən edilib.
Həyata keçirilmiş tədbirlərlə İ.İsayevin evindən 41 ədəd dini kitab aşkar edilərək götürülüb. Kitablar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təhvil veriləcək.
Ə.Hüseynov və qardaşı Sahib poli şöbəsinə gətirilərkən polis əməkdaşlarının tələblərinə tabe olmayıblar.
Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi (polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə inzibati protokol tərtib edilib, digərlərinin izahatları alındıqdan sonra buraxılıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB