Rusiya bu açıqlamaya cavab verdi

Rusiyanın Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova ABŞ-dan olan həmkarı Mark Tonerə cavab verdi. SİA-nın məlumatına görə, Zaxarova Mark Tonerin "hərəkət edin, ya da ağzınızı yumun" açıqlamasına cavab verib.

Mariya Zaxorava həmkarının fikirlərinə təəccübləndiyini bildirib: "Əgər amerikalıdiplomatlar arasında belə bir danışıq tərzi mövcuddursa, o zaman Mark ağızlarını yummağı öz iş yoldaşlarına əmr etsin. Nə qədər ki, Rusiya susmayıb sizin Suriyada həqiqətən nə baş verdiyindən xəbərdar olmaq şansınız var".

Qeyd edək ki, ABŞ-ın Xarici İşlər Nazirliyinin sözçüsü çıxışında bu sözləri demişdi: "Hərəkət etməyin, ya da ağzınızı yummağın vaxtıdır. Rusiyanın Suriyada atəşkəsin bərqərar olmasıyla bağlı niyyətinin ciddi olduğunu söz ilə deyil, hərəkətlə göstərməsinin vaxtı gəlib".

Bütün xəbərlər Facebook səhifəmizdə