Millət vəkilimiz türk şəhidin yas mərasiminə qatılıb

Millət vəkilimiz türk şəhidin yas mərasiminə qatılıb

25 fevral 2016-cı il tarixində millət vəkili Aydın Mirzəzadə Türkiyənin Kahramanmaraş şəhərində bir neçə gün əvvəl terrorçulara qarşı mübarizədə şəhid olmuş polis nəfəri Ömər Sayılın yas mərasimində iştirak edib. SİA xəbər verir ki, bu barədə millət vəkili öz "facebook" səhifəsində məlumat verib.

"Şəhidin babasına, atasına, dayılarına və əmisinə dərin hüznlə başsağlığı verdim.Türkiyənin terrora qarşı mübarizədə, Azərbaycanın Ermənistanla cəbhə xəttində vaxtaşırı şəhid verdiyini və bunun bir xalqın şəhidlərinin olduğunu bildirdim. Mənimlə birlikdə mərasimdə Kahramanmaraş azərbaycanlı tələbələr birliyinin rəhbəri Tural Şahbazlı da iştirak edirdi" - deyə millət vəkili yazıb.

Bütün xəbərlər Facebook səhifəmizdə