Rüstəm Məmmədov: "Rusiya bu oyuna girməz" AÇIQLAMA

Rüstəm Məmmədov: "Rusiya bu oyuna girməz" AÇIQLAMA

"Azərbaycanın Rusiyanın hədəfi olmasına hökumətimiz imkan verməz". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rüstəm Məmmədov deyib.

O qeyd edib ki, Rusiyanın belə addım atması inandırıcı görünmür: "İnanmıram ki, Rusiya bu qədər oyunlardan sonra cürət edib Azərbaycana hücum etsin. Rusiya bu oyuna girməz. Hələ ki, belə bir meyllər hiss olunmur".

Qeyd edək ki, istefada olan rus general-mayoru, Atlantik Şuranın prezidenti Vadim Qreçaninov "Obozrevatel" nəşrinə açıqlamasında Azərbaycanın Rusiyanın hərbi ekspansiyası üçün növbəti hədəf ola biləcəyini deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə