Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə silahlı qüvvələrinin Baş qərargah rəisi, ordu generalı Hülusi Akara təziyə ziyarəti edib. 17 fevralda baş verən terror hadisəsində 20-si hərbçi olmaqla, 28 nəfər vətəndaşa Allahdan rəhmət, yaralılara isə şəfa diləyən Ərdoğan vurğulayıb: "Artıq zəncir sökülməyə başlayıb. 14 nəfər hazırda həbs edilib, ardı da olacaq. Çünki bu işin bir ucunun içəridə, digərinin isə xaricdə olması görünür. Suriyanın şimalındakı PYD-nin YPG ilə bağlantısının, Türkiyədəki PKK-nin isə onlarla əlqəsinin olmasını bizə inanmayan dostlarımıza sübut edəcəyik. Biz sənədlərlə, bilgilərlə, sübut və dəlillərlə bütün bunları zamanında onlara çatdırdıq. Amma bizim söylədiklərimiz ki, elə bizim özümüzə qaldı. Biz yenə söyləməyə davam edəcəyik…"
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB