Silahlı Qüvvələrin Nizamnaməsinə dəyişiklik edildi

Silahlı Qüvvələrin Nizamnaməsinə dəyişiklik edildi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 887 saylı Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsi"ndə dəyişikliklər edib. SİA-nın xəbərinə görə, Nizamnamədə aşağıdakı dəyişikliklər edilib:

1. 336-cı maddəyə "stansiya (liman, aeroport) rəisinə" sözlərindən sonra ", dəniz limanı idarəsinə" sözləri, "stansiya (liman, aeroport) rəisinin" sözlərindən sonra isə ", dəniz limanı idarəsinin" sözləri əlavə edilsin.

2. 338-ci maddənin on ikinci abzasına "stansiyanın (limanın, aeroportun) rəisinə" sözlərindən sonra ", dəniz limanı idarəsinə" sözləri əlavə edilsin.

3. 339-cu maddəyə "stansiya (liman, aeroport) rəisi" sözlərindən sonra ", dəniz limanı idarəsi" sözləri əlavə edilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə