"Rusiyanın AŞPA-nın işində passiv iştirakı qeyri-mümkündür" MÜNASİBƏT
"Rusiya parlament nümayəndəsinin AŞPA-nın sessiyasına qatılmaqdan imtina etməsi hər hansı bir president yaratmır". SİA xəbər veriri ki, bu fikirləri politoloq Elşad Mirbəşiroğlu Rusiyanın AŞPA-nın sessiyasına qatılmaqdan imtina etməsi məsələsinə münasibət bildirərkən deyib.
O bildirib ki, Rusiya rəsmi şəkildə AŞPA-ının yanvar ayının 25-də açılışı baş tutacaq qış sessiyasına qatılmaqdan imtina edib: "Bu barədə məlumatı qurumun sədri təsdiqləyib. Qeyd edim ki, AŞPA-nın nizamnaməsinə uyğun olaraq hər il sessiyasının açılışı zamanı qurumda fəaliyyət göstərəcək parlament nümayəndələrinin səlahiyyətləri yenidən təsdiq olunur. Rusiyanın parlament nümayəndəsinin səlahiyyətlərinin alınması təşəbbüsünün ortaya atılması onun kəskin reaksiyasına səbəb olub".
Hesab edirəm ki, indiki reallıqlar fonunda Rusiyanın AŞPA-nın işində passiv iştirakı qeyri-mümkündür. Belə ki, AŞPA ilə Rusiya arasında Ukrayna, konkret olaraq isə, Krım məsələsi ilə bağlı dərin fikir ayrılığı mövcuddur. Bu da ondan xəbər verir ki, AŞPA-ının sessiyasında bu məsələlər ətrafında müzakirlər aparılacaq və Rusiya məsələlərə müdaxilə etmək imkanlarına malik olmayacaq. Bu baxımdan, Rusiya tərəfi hesab edir ki, AŞPA-ının sessiyasında öz nümayəndəsinə qarşı diskriminasiya hallarına yol veriləcəkdir. Bu səbəbdən Rusiya öz nümayəndəsini AŞPA-ının sessiyasına göndərməkdən imtina edib. Rusiya parlament nümayəndəsinin AŞPA-nın sessiyasına qatılmaqdan imtina etməsi hər hansı bir president yaratmır. Bu, sırf Rusiya ilə AŞPA arasında olan bir məsələdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB