Nazirlikdə yeni təyinat

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində kadr dəyişikliyi baş verib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Nazirliyin Hüquq və insan resursları şöbəsinin müdiri Bəxtiyar Məmmədov struktur islahatları çərçivəsində vəzifəsindən azad edilib. O, nazirlikdə yeni yaradılan Hüquq şöbəsində baş məsləhətçi təyin olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə