YAP rəsmisi: "İqtidar-müxalifət dialoqu bərpa olunacaq"

YAP rəsmisi: "İqtidar-müxalifət dialoqu bərpa olunacaq"

"Gələn ildən iqtidar-müxalifət dialoqu bərpa olunacaq". SİA-nın xəbərinə görə, bu barədə AzVision.az-a hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov bildirib.

"Bu il Azərbaycanda seçki ili idi. Seçkiyə qədər iqtidar-müxalifət dialoqu davam edib. Artıq il başa çatır. Yeni ildən iqtidar-müxalifət dialoqu davam edəcək",-deyə YAP rəsmisi vurğulayıb.

Qeyd edək ki, 2015-ci il ərzində bir neçə dəfə iqtidarla müxalifət təmsilçiləri arasında görüş keçirilib. Görüşlərdə ölkədəki siyasi vəziyyət müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə