Politoloq: “6 döyüş helikopterinin göndərilməsinin səbəbləri var” AÇIQLAMA
"Rusiya Ermənistana daha 6 döyüş helikopteri göndərməsinin bir neçə səbəbi ola bilər. Əsas səbəblərdən birincisi və başlıcası Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsidir. Məhz bu baxımdan da 102 -ci Rusiya bazasının silah və canlı qüvvə ilə möhkəmləndirilməsi adı ilə Ermənistana silah göndərilir". Bunu SİA-ya politoloq Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, ikinci şərt Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü kimi Rusiya dünyaya Ermənistanla strateji tərəfdaş və müttəfiq olduğunu, birinci növbədə bunu Azərbaycan və Türkiyəyə göstərir: "Üçüncü məqam isə belə bir yolla həmin helikopterlərin bir müddətdən sonra Dağlıq Qarabağ ərazisinə aparılacağı istisna edilmir".
Qeyd edək ki, Rusiya Ermənistandakı hərbi bazasını döyüş və nəqliyyat helikopterləri göndərməklə gücləndirir. Bu haqda Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, Rusiya Krasnodar diyarındakı hərbi aerodromundan Ermənistandakı hərbi bazasına 6 "Mi-24P" tipli döyüş və "Mi-8MT" tipli nəqliyyat helikopteri göndərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB