Abdullah Gül başsağlığı verdi

Türkiyə Respublikasının 11-ci Prezidenti Abdullah Gül Azərbaycanın Dövlət Başçısı İlham Əliyevə başsağlığı məktubu göndərib. SİA-nın xəbərinə görə, məktubda deyilir: "Hörmətli Prezident, əziz qardaşım,

Dekabrın 4-də Azərbaycanda şiddətli fırtına səbəbindən "Günəşli" yatağındakı 10 saylı platformada yanğın nəticəsində 6 işçinin həlak olması və 23 nəfərin itkin düşməsi xəbəri məni dərindən kədərləndirdi.

Əziz qardaşım, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə