“Əli Kərimli Elçibəyin adından istifadə etməklə gündəmdə qalmaq istəyir” AÇIQLAMA

“Əli Kərimli Elçibəyin adından istifadə etməklə gündəmdə qalmaq istəyir” AÇIQLAMA

"Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin isə dünənə kimi Əbülfəz Elçibəyi təhqir edərkən bu gün durub mətbuatda onun haqqında müsbət fikirlər söyləməsi qəbuledilməzdir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) humanitar məsələlər üzrə katibi Vaqif Abışov deyib.

Onun sözlərinə görə, müxtəlif illərdə, əsrlərdə, minilliklərdə Azərbaycan tarixində, dövlətçiliyində mühüm rol oynamış şəxsiyyətlərin həmişə adı hörmətlə çəkilməlidir: "Əgər kiminsə sözün həqiqi mənasında Azərbaycan dövlətçiliyində, millətin inkişaf etməsində, Vətənin müdafiə olunmasında xidməti olubsa o şəxsiyyət yüksəklərə qaldırılmalıdır və dövlət tərəfindən müdafiə olunmalı, qiymətləndirilməlidir. Təbii ki, hər kəs də hər hansı bir tarixi şəxsiyyətin ünvanına söz deyərkən diqqətli olmalıdır. Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin isə dünənə kimi Əbülfəz Elçibəyi təhqir edərkən bu gün durub mətbuatda onun haqqında müsbət fikirlər söyləməsi qəbuledilməzdir".

V.Abışov əlavə edib ki, vaxtilə Əli Kərimli Ə.Elçibəy haqqında ağılasığmaz fikirlər söyləyirdi, çıxışlar edirdi: "Bu gün nəinki Əli Kərimli, onun ətrafında olan insanlar Ə.Elçibəyin adından canfəşanlıqla istifadə etməklə gündəmdə qalmağa çalışırlar. Bunu ancaq "sonradan atılan daş, topuğa dəyər" məsəli ilə izah etmək olar. Bu mənada hesab edirəm ki, boş-boş hay-küy qaldırmaqdansa, Azərbaycan dövlətçiliyinin, xalqının taleyi ilə bağlı dəyərli addımlar atması daha məqsədəuyğun olardı".

Bütün xəbərlər Facebook səhifəmizdə