Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin işə salınması ilə bağlı dekabrın 20-dən sonra Gürcüstanda danışıqlar aparılacaq. Bu barədə SİA-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Onun sözlərinə görə, artıq dəmiryolu xəttinin 2016-cı ildə işə salınması məlumdur lakin layihənin konkret açılış tarixini hələ ki, müəyyən deyil: "Artıq işlərin Gürcüstan tərəfdən hazır olduğunu demək olar. Müəyyən gecikmələr Türkiyə tərəfdən baş verir və işlər uzadılır. Lakin işlərin 2016-cı ildə tam olaraq yekunlaşacağı gözlənilir".
Nadir Əzməmmədov qeyd edib ki, Çin ərazisindən başlayan tarixi "İpək yolu" vasitəsilə daşınan malların dövriyyəsində Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin də iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB