Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında dekabrın 15-nə planlaşdırılan görüş rəsmən ləğv edilib. SİA-nın rus mətbuatına istinadən xəbərinə görə, bu barədə Putinin sözçüsü Dmitri Peskov məlumat yayıb.
Məlumatda qeyd edilir ki, planda daha əvvəl Sankt-Peterburqda keçirilməsi nəzərdə tutulmuş ikitərəfli görüş yoxdur və onun baş tutması müzakirə mövzusu deyil.
Qeyd edək ki, iki lider arasında görüş barədə razılıq ötən ay Antaliyada keçirilən G20 toplantısında əldə olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB