Tural Abbaslıdan Müsavat partiyasının rəhbərliyinə İRAD

Tural Abbaslıdan Müsavat partiyasının rəhbərliyinə İRAD

"Müsavat partiyasının rəhbərliyinə iradlarımız hələ də qüvvəsində qalır. Çünki istər idarəçiliklə bağlı, istərsə də partiya daxili demokratiyanın vəziyyəti ilə bağlı məsələlər daha da pisləşib". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat partiyasının keçmiş divan üzvü Tural Abbaslı deyib.

Tural Abbaslı hələ də neqativ halların aradan qaldırılması üçün mübarizə apardıqlarını bildirib. O qeyd edib ki, Müsavatın demokratik ənənələrə uyğun şəkildə idarə olunması üçün çalışırlar: "Hələ də mübarizəmizi davam etdiririk. Digər bir yandan isə bu yöndə heç bir irəliləyiş olmayacağı təqdirdə bizim daxili çəkişmələrə və yersiz intiriqalara zaman ayırmaq niyyətimiz də yoxdur. Artıq Ağ blokun partiyaya çevrilməsi istiqamətində addımlayırıq. Yaxın zamanlarda bu istiqamətdəki fəaliyyətimizi daha da intensivləşdirəcəyik. 20 ildən artıqdır ki, daxili intiriqalara başı qarışmış müxalifətimizin hakimiyyətlə effektiv mübarizə apara biləcəyinə inamımızı tam itirmişik".

Bütün xəbərlər Facebook səhifəmizdə