BMT Rusiyanın təklifini blok etdi

Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasında irəli sürdüyü təklifdən imtina olunub. SİA "itar-tass"a istinadən xəbər verir ki, Rusiya tərəfi Suriyanın "İslam Dövləti" terror təşkilatının Homs şəhərində 150 kiloqram həcmində bombanın partladılmasını əsas gətirərək, həmin hadisəni pisləyən bəyanat verməyini tələb edib. Belə ki, həmin hadisə nəticəsində 18 nəfər insan öldürülmüş, 70 nəfəri isə yaralanmışdı. Lakin ABŞ tərəfi Rusiyanın təklifində düzəlişlərə ehtiyac olduğunu bildirərək, sənədin geri qaytarılmasını istəyib. Rusiua isə ABŞ-ın təklifini qəbul etməyib və buna görə BMT TŞ onu bloklaşdırıb.

Qeyd edək ki, daha öncə rəsmi Dəməşq terror hadisəsi ilə bağlı BMT TŞ-nı ittiham edərək, təşkilatın hadisəyə biganə yanaşdığını bəyan etmişdi. "Belə davam edərsə, bu cür hadisələrə etinasız yanaşılarsa, terrorçular və onları himayə edənlər daha qanlı aksiyalar törədəcəklər"-deyə Dəməşq tərəfindən bəyan edilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə