Əli Pənahov: “Dini-terrorçu qüvvələr çirkin niyyətlərini reallaşdıra bilməyəcəklər" AÇIQLAMA
"Son illərdə sürətlə inkişaf edən Azərbaycan dünya birliyində özünə layiqli yer tutub. Ölkəmizdəki dini-milli tolerantlıq mühiti çox yerdə nümunə göstərilir. Bununla belə, uğurlarımızı gözü götürməyən məkrli, terrorçu qüvvələr də var və onlar ölkəmizin sürətli inkişafına mane olmaq, qarışıqlıq yaradaraq sabitliyi pozmaq niyyəti ilə müxtəlif üsullara əl atırlar. Bir qrup terrorçunun din pərdəsi altında törətdiyi təxribat da bu qəbildəndir". SİA-nın verdiyi xəbərə görə bu fikirləri Yeni Azərbaycan Partiyasın Gənclər Birliyinin sədr müavini, Ofis rəhbəri Əli Pənahov deyib.
Bakının Nardaran qəsəbəsində baş verən hadisələrin əsl səbəblərindən danışan Ə.Pənahov qeyd edib ki, bu gün Nardaranda oturuşmuş terrorçular, radikal ekstremistlər "Tarix naminə ölüm" şüarını irəli sürür, kənd əhalisinin təfəkkürünü orta əsrlərin sxolastik dəyərləri, insanların həyatını xaricdən gələn və milli ideyamızı inkar edən yad ideologiya üzərində kökləməyə çalışırlar: "Xarici dini mərkəzlərdən qidalanan bu miskin "təlimatçılar" elmi təhsili olmayan və zəif dünyagörüşlü sadə insanlara belə bir ideya aşılamağa çalışırlar ki, xilas onların dini spekulyasiyalarına qatılmaqdadır.Buna görə də Nardaranda qızları məktəbə getməyə qoymur, onları erkən yaşlarında ailə qurmağa məcbur edirlər. Buna görə də Nardaranda narkomaniya kimi sosial bəla geniş yayılıb. Beyni ifrat dini doqmalarla doldurulmuş, narkotik maddələrin təsiri altına salınmış insanlar terrorçuların və onların havadarlarının əlində ən yaxşı silahdır. Məhz orta əsr sxolastikasının hökm sürdüyü Nardaran kimi yerlərdəxarici dini mərkəzlərin ideoloji təsiri özünü açıq büruzə verir, fanatik dini cərəyanlar güclənir, onlara qoşulanların sayı artır. Məhz Nardaran kimi orta əsr "anklavlarında" Hacı Mövsüm Səmədov, Taleh Bağırzadə kimi xarici dairələrin agentləri olan dini-siyasi avantüristlər Azərbaycana yad ideologiyanı təbliğ edə, özlərinə tərəfdar toplaya, terrorçu-ekstremist qruplar formalaşdıra və əhalini təhdid altında saxlaya bilirlər".
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini həmçinin qeyd edib ki, belə qüvvələr öz çirkin niyyətlərini heç vaxt gerçəkləşdirə bilməyəcəklər. Çünki bu gün Azərbaycanın kifayət qədər vətənpərvər, bilikli, Vətəninə, dövlətinə sadiq, öz dövlətinin və Prezidentinin ətrafında sıx birləşən müasir düşüncəli gəncləri var: "Mən, eyni zamanda, üzümü təxribatçılara qoşulan, fitnə-fəsada uyan bəzi gənclərə tutaraq demək istəyirəm ki, müqəddəs dinimiz olan İslam zorakılığı, qan axıdılmasını deyil, sülh və qardaşlığı, qarşılıqlı hörməti təşviq edir. Sağlam düşüncəli gənclər ölkəmizdə qarışıqlıq yaratmaq istəyən, polisə və dövlətə qarşı silah işlədən qüvvələrin əməllərini qəti şəkildə pisləyirlər. Əminik ki, bu qanlı hadisəni törədən şəxslər öz layiqli cəzalarını alacaqlar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB