Tural Abbaslı: “Biz Arif Hacılının idarəçilik metodundan narazıyıq”
"Qurultayın nəticələrinin ləğvi ilə bağlı narazıların hansısa strukturlara müraciətləri onların hüquqlarıdır". Bunu SİA-ya açıqlamasında Müsavat Partiyasının keçmiş Divan üzvi Tural Abbaslı Qubad İbadoğlunun rəhbərlik etdiyi ADR təmsilçilərinin Müsavatın qurultayının nəticələrinin ləğv olunması iddiası ilə Binəqədi Rayon Məhkəməsinə müraciət etmələrinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu barədə mənim və ya kiminsə söz deməsi uyğun olmaz: "Hər kəs özünə görə haqqlıdır. Ancaq bizim belə bir fikirimiz yoxdur və heç kimi də atdığı addıma görə qınamaq kimi həvəsimiz də yoxdur. Əslində onların Ədliyyə Nazirliyinə müraciəti və oradam aldıqları cavabdan sonra bu addımı gözləmək olardı. Çünki cavabda da qeyd olunmuşdu ki, məhkəməyə müraciət edin. Yəni, kimsə inandığı həqiqətlər uğurunda sona qədər mübarizə aparmaq hüququna malikdir. Ümumilikdə isə deyə bilərəm ki, biz Arif Hacılının partiyanı idarə metodundan narazıyıq".
Gülyanə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB