Ramiz Alıyev: “Torpaqlarımızı işğaldan azad edə bilərik" AÇIQLAMA
"Hesab edirəm ki, Azərbaycan və Ermənistan prezidentlərinin dekabrda olan görüşündə Ermənistan prezidenti erməni xalqının istəyini nəzərə alıb işğal etdiyi Azərbaycan torpaqlarının qaytarılmasına razılıq versə, daha yaxşı əməli ilə tarixdə qalacaq. Bu addımı ilə həm öz xalqı qarşısında müsbət addım atmış olacaq ki, ölkəsini səfalətdən qurtaracaq, həm də dünya ölkələri arasında beynəlxalq təşkilatların təklif və tövsiyyələrini yerinə yetirərək, onlara qarşı gəlmədiyini göstərmiş olacaq". Bunu SİA-ya politoloq Ramiz Alıyev deyib.
Onun sözlərinə görə, əgər Ermənistan əvvəlki mövqeyində qalsa, demək ki hansısa ölkələrin vassalı olmasından xilas ola bilmir və bu da ölkəsini məhvə doğru aparır: "Azərbaycan tərəfi hər zamanki kimi dəyişilməz mövqeyindədir və Ermənistan tərəfindən işğal edilmiş tarixi Azərbaycan torpaqlarının sülh yolu ilə qaytarılmasını tələb edir. Əks təqdirdə isə hərbi yolla istənilən an öz torpaqlarımızı işğaldan azad edə bilərik. Bunu erməni xalqı çox gözəl bilir. Hesab edirəm ki, bu görüş əhəmiyyətli olmalıdır. Təbii ki, bu da Ermənistan tərəfinin öz konstruktiv mövqeyindən əl çəkməsindən və işğal etdiyi Azərbaycan torpaqlarından erməni hərbi birləşmələrinin çıxarılmasından sonra baş tutacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB