Elşad Mirbəşiroğlu: “Minsk qrupu deklorativ fəaliyyətlə məşğuldur” AÇIQLAMA
"ATƏT-in Minsk qrupu münaqişə başlayandan bu yana vasitəçi qismində tənzimləmə funksiyasını yerinə yetirir və yaxud yetirməlidir desək daha doğru olar". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.
Elşad Mirbəşiroğlu bildirib ki, bu illər ərzində bu istiqamətdə hər hansı real addım atılmıyıb: "Əksinə, bir çox hallarda Minsk qrupu həmsədrlərinin səsləndirdiyi fikirlər, nümayiş etdirdikləri davranışlar xaricdən belə görüntü yaradır ki, sanki onlar status-kvonun saxlanmasında maraqlıdırlar. Münaqişənin tənzimlənməsi ilə məşğul olan Avropa strukturları, dünyada söz sahibi olan dövlətlər məsələyə qeyri-obyektiv yanaşırlar".
Politoloqun sözlərinə görə, həmsədrlər hər dəfə regiona səfərləri zamanı səsləndirdikləri köhnə fikirlərlə hər hansı irəliləyişin əldə olunmasında maraqlı olmadıqlarını göstərirlər: "İstər AŞPA, istərsə də ATƏT-in Minsk qrupu konkret dövlətlərin maraqlarının təmin olunması çərçivəsində münaqişədə status kvonun saxlanmasında israrlıdırlar".
Fikirlərini davam etdirən politoloq bildirib ki, Amerikalı həmsədr Uorlik təyin olunduğu ilk vaxtlarda ümidverici çıxışlar etsə də, sonrakı fəaliyyəti ilə göstərdi ki, o da özündən öncəki həmkarları kimi hər hansı ədalətli nəticənin əldə olunmasında maraqlı deyil: "Bu isə onun simasında ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində həllini istəmədiyini bir daha sübut edir. Uorlikin Ermənistana ünvanlamalı çağırışları Azərbaycana da şamil etməsi qəbuledilməzdir".
Tofiq Rəfailoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB