Mübariz Əhmədoğlu: “Rusiya aktivlik nümayiş etdirəcək” AÇIQLAMA

Mübariz Əhmədoğlu: “Rusiya aktivlik nümayiş etdirəcək” AÇIQLAMA

"Ümumiyyətlə, Rusiyanın xarici işlər naziri (XİN) Sergey Lavrovun Ermənistana səfəri bilavasitə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlik idi". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.

Mərkəz sədrinin sözlərinə görə, Rusiyanın Dağlıq Qarabağ məsələsində öz variantı var: "Rusiya öz variantını qarşılıqlı kompromis kimi qiymətləndirir. Hesab edir ki, hər iki tərəf konsensus qəbul etməlidir. Hazırda Rusiyanın variantını qəbul etməyən tərəf, məhz Ermənistandır. Sergey Lavrov rəsmi İrəvanda olarkən Serj Sarkisyan və Ermənistanın xarici işlər naziri Edvard Nalbadyanla görüşdü. Yəqin ki, yaxın günlər ərzində biz Moskvadan bəyanat eşidəcəyik. Bu, prezidentlərin görüşünün keçirilməsi ilə bağlı ola bilər. S.Lavrov Ermənistanda olarkən də dedi ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Rusiya aktivlik nümayiş etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə