Nəcəf Novruzov: “Zər qumaşlı bayrağı Qarabağımız üzərində dalğalandıracağımız gün uzaqda deyil”

Nəcəf Novruzov: “Zər qumaşlı bayrağı Qarabağımız üzərində dalğalandıracağımız gün uzaqda deyil”

"Azərbaycanın üçrəngli Milli Bayrağı müstəqilliyimizi təcəssüm etdirən rəsmi dövlət rəmzlərindən biridir. Üçrəngli bаyrаq bizim mənəvi sərvətimiz, inаnc yеrimiz, milli ləyаqət simvоlumuzdur. Оnu bаşı üzərində ucа tutmаq, vüqаrlа dаlğаlаndırmаq hər bir аzərbаycаnlının şərəf bоrcudur". Bu fikirləri SİA-ya açıqlamasında Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov deyib.

"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2009-cu il noyabrın 17-də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Məhz bu sərəncama uyğun olaraq noyabrın 9- u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur"-deyə qeyd edən Nəcəf Novruzov bildirib ki, bu, xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən əlamətdar və unudulmaz hadisələrindəndir: " Bütün dünya azərbaycanlılarını bu müqəddəs bayraq, azərbaycançılıq məfkurəsi ətrafında birləşməyə səsləyirik. Çünki bаşımız üstə dаlğаlаnаn üçrəngli bаyrаğımızdа vətənin gücünü, qüdrətini görürük. Biz hədsiz qürur hissi keçiririk ki, Dövlət Bayrağımız bu gün dünyanın bütün qitələrində, mötəbər tədbirlərdə əzəmətlə, vüqarla dalğalandığı kimi Xəzər dənizinin sahilində də qürurla dalğalanır, bütün dünyaya müstəqil dövlətin varlığını bəyan edir. Hər dəfə Xəzərin sahilində əzəmət, qələbə, milli mənlik rəmzi olan üçrəngli bayrağımızın vüqarla dalğalandığını görəndə qürur hissi keçirməyə bilmirsən. Daim ucalarda dalğalan qürur və güvənc yerimiz bayrağımız".

Nəcəf Novruzov Bayraq Günü münasibətilə bütün azərbaycanlıları təbrik edərək bu zər qumaşlı bayrağı Qarabağımız üzərində dalğalandıracaqlarına ürəkdən inandığını, o günün heç də uzaqda olmadığını qeyd edib.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə